Bakı. Günaydın:
Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.
Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.
<!—-> <!––>
Məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.
“Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir”, – AZAL-dan bildirilib.