Bakı. Günaydın:
2025-ci ilin BRİCS sammiti Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Sammitin tarixi iyulun 6-dan 7-dək müəyyən edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, assosiasiyanın mətbuat xidməti bu məlumatı yayıb və qeyd edib ki, Braziliya 2025-ci ildə BRİCS-ə sədrlik edəcək. Eyni zamanda, 2024-cü ildə Rusiya BRİCS-ə sədrlik edib və həmin dövrdə Kazanda keçirilən sammitdə tərəfdaş dövlətlər kateqoriyasının yaradılması barədə qərar qəbul edilib.
<!—-> <!––>
Tərəfdaşlar arasında Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan yer alıb. Bundan əlavə, Braziliya yanvarın 6-da İndoneziyanı BRİCS-in tamhüquqlu üzvü olaraq elan edib. Yanvarın 17-də isə Braziliya Xarici İşlər Nazirliyi Nigeriyanın BRİCS-ə tərəfdaş kimi qoşulduğunu açıqlayıb.