Bakı. Günaydın:
Çin hakimiyyəti Ukrayna böhranının həlli üçün ədalətli razılaşmaya ümid edir və sülhün bərpası səylərini dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Andriy Sibiha ilə görüşündə deyib.
<!—-> <!––>
“Çin sülhü bərpa etmək üçün bütün səyləri dəstəkləyir. Ümid edirik ki, bütün tərəflər üçün məqbul olan ədalətli, davamlı və məcburi sülh sazişinə nail olacağıq”, – deyə Çin diplomatı bildirib.
Vanq Yi qeyd edib ki, Pekin həmişə böhranın sülh yolu ilə həllinin tərəfdarı olub və buna nail olmaq üçün səylər göstərib.