Bakı. Günaydın:
İngiltərə Premyer Liqasında 25-ci turun növbəti oyunları keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, “Mançester Siti” doğma meydanda inamlı qələbə qazanıb. “Şəhərlilər” “Nyukasl”ı 4:0 hesabı ilə məğlub ediblər. Komandanın yeni transferi Omar Marmuş het-trik edərək qarşılaşmanın ulduzu olub.
<!—-> <!––>
Turun digər maraqlı oyununda “Arsenal” səfərdə “Lester” üzərində qələbə qazanıb. “Topçular” həlledici qolları 80-ci dəqiqədən sonra vuraraq 3 xal əldə ediblər.
16:30. “Lester” – “Arsenal” – 0:2 19:00. “Mançester Siti” – “Nyukasl” – 4:0 19:00. “Fulhem” – “Nottingem Forest” – 2:1 19:00. “Aston Villa” – “İpsviç” – 1:1 19:00. “Soutgempton” – “Bornmut” – 1:3 19:00. “Vest Hem” – “Brentford” – 0:1 21:30. “Kristal Pelas” – “Everton” – 1:2