Bakı. Günaydın:
Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas
Nausedaya təbriki məktubu ünvanlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü
qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq
əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın
mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin
möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda
birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına
daim əmin-amanlıq və rifah arzulayıram”.