Bakı. Günaydın:
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son telefon danışığı iki ölkənin mövcud problemləri dialoq yolu ilə həll etməyə çalışacaqlarına güclü siqnaldır.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
<!—-> <!––>
“Bu, güclü siqnaldır ki, biz indi problemləri dialoq yolu ilə həll etməyə çalışacağıq və biz indi müharibədən deyil, sülhdən danışacağıq. Çünki əvvəlki administrasiya ilə bu neçə baş tatub: dialoqa yox, ancaq sona qədər müharibə. Bu, əvvəlki administrasiyanın rəsmi mövqeyi idi. Prezident Trampın bəyanatlarına əsasən indi mövqe belədir: biz problemləri dialoqla həll edirik, müharibə yox, bizə sülh lazımdır”, – deyə o bildirib.
D.Peskov əlavə edib ki, belə bir mövqe “nəzəri olaraq hər hansı sağlam düşüncəli insana və dövlətə daha çox müraciət etməlidir”.