Bakı. Günaydın:
“Neftçi”nin maraq dairəsində olan daha bir futbolçunun adı
açıqlanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, Bakı klubu Qazaxıstan millisinin hücumçusu İslam Çesnokovu
heyətinə qatmaq istəyir.
<!—->
<!––>
“Neftçi” Çesnokovun formasını geyindiyi “Tobol”la razılığa
gəlib. Lakin futbolçu karyerasını Avropanın aparıcı liqalarında
davam etdirmək istəyir. 25 yaşlı hücumçu ilə Şotlandiyanın “Harts”
klubu da maraqlanır, lakin britaniyalılar da “Tobol”la razılaşma
əldə edə bilmir.
Qeyd edək ki, İslam Çesnokov 2023-cü ildən Qazaxıstan millisinə
dəvət olunub və 4 oyunda 2 qol vurub.