Bakı. Günaydın:
NEQSOL Holding-in tərkibində olan dörd şirkət Azərbaycanda
2024-cü ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısına
daxil olub. Qeyd edilən siyahı Azərbaycan Respublikası Dövlət Vergi
Xidməti tərəfindən açıqlanıb.
Ümumilikdə, NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər
2024-cü ildə Azərbaycanda 171,1 milyon AZN məbləğində vergi
ödənişləri həyata keçirib. Beləliklə, NEQSOL Holding ölkənin dövlət
büdcəsinə ən böyük töhfə verənlərdən biri olub.
Holdinqin tərkibində ən iri vergi ödəyiciləri sırasında Norm,
Bakcell, Azerconnect Group, Nobel Energy Group (Global Energy
Solutions və s.) və digər şirkətlər yer tutur.
<!—->
<!––>
İri vergi ödənişləri ilə yanaşı, NEQSOL Holding həmçinin
dayanıqlı biznes strategiyaları, davamlı sərmayələri, iş yerlərinin
yaradılması və cəmiyyətin rifahına yönəlmiş sosial təşəbbüsləri ilə
ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bu sahələrdə
nailiyyətlər NEQSOL Holding-in şəffaflığa, iqtisadi inkişafa və
korporativ sosial məsuliyyətə sadiqliyini bir daha əks etdirir.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək
texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupudur. Holdinq Azərbaycanda biznesinin inkişafına
xüsusi diqqət yetirir. Gələcəkdə də fəaliyyətini gənişləndirərək,
NEQSOL Holding Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə
verməyə davam edəcək.