Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqləyib
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > Siyasət > Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqləyib
Siyasət

Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqləyib

Son yenilənmə: 17 Fevral 2025, 14:19
17 Fevral 2025
Paylaş
4 oxunma dəqiqəsi
Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqləyib
Paylaş

Bakı. Günaydın:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində,
“Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi
haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”,
“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və
konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və
inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari
şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu
təsdiqləyib.

Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının diplomatik
nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən
diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin
adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan
və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə)
işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək
müqaviləsi ləğv edilə bilər.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi
istisna olmaqla, Azərbaycan Respublikasının diplomatik
nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən
diplomatik xidmət orqanı əməkdaşının Azərbaycan Respublikasının
dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə,
dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı
vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci
hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam
verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq
diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə
beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət
başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki
vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq
səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə
(peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə
(peşəyə) təyin olunur.

Bundan başqa, Vergi Məcəlləsinin 102.1.1-ci maddəsi aşağıdakı
redaksiyada verilib:

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya
konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına,
habelə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan
şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq
ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici
dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət
məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun
olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və
Azərbaycan Respublikasının vətəndaşı olmayan işçinin əməkhaqqı.

Konsulluqlar öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin
tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və
Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər
tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə
alır.

Qəbul edən dövlətin ərazisinin konsulluğun konsul dairəsinə aid
olmayan hissəsində, həmçinin konsulluğun olmadığı xarici dövlətdə
konsul funksiyalarını həmin dövlətdə akkreditə olunan Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi həyata keçirir.

Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət
nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi
(əməkhaqqı), təminat və kompensasiyaların verilməsi “Diplomatik
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci və
13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Bu Qanunun 20.1.7-ci və 20.1.8-ci maddələrində nəzərdə tutulan
şəxslərin pensiya təminatı ilə bağlı müddəalar diplomatik xidmət
əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilir.

Qeyd edək ki, dövlət başçısı sözügedən sənədlə bağlı fərman imzalayıb.

Bunları bəyənə bilərsiniz

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Azərbaycan XİN Aregentinaya başsağlığı verib

Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib (FOTO)

Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Gəncədə şagirdə qarşı uyğunsuz davranan müəllim işdən çıxarılıb
Sonrakı Xəbər Azərbaycanda yeni cərimələr təsdiqləndi Azərbaycanda yeni cərimələr təsdiqləndi
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Digər 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?