Bakı. Günaydın:
Bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
sahəsində dünyanın ən böyük araşdırması olan “Deloitte Digital
Banking Maturity 2024” (DBM-2024) hesabatı yayılıb. Müştərilərə ən
yaxşı rəqəmsal təcrübə təqdim etməyi əsas strateji hədəflərindən
elan etmiş ABB də hesabatın nəticələrinə görə müxtəlif meyarlar
əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.
DBM hesabatlarının hazırlanmasında məqsəd bankların rəqəmsal
kanallar üzrə inkişaf səviyyəsini ölçmək, onları qlobal və regional
səviyyədə müqayisə etmək, ən yaxşı təcrübələri ortaya
çıxarmaqdır.
Araşdırmalarda bankların müştəriyönümlü rəqəmsal strategiyaları,
innovativ həll yolları və rəqəmsal xidmətlərdə üstünlük verdikləri
əsas trendlər təhlil olunur. Beləliklə, bankların hansı
strategiyalarla uğur qazandıqları göstərilir. Eyni zamanda,
innovativ texnologiyaların bank sektoruna təsirlərinə diqqət
yönəlir.
Araşdırmalar ölkələr və regionlar üzrə böyük, orta, kiçik
bankların rəqəmsal təcrübələri əsasında aparılır. Məlumatlar kənar
və müstəqil qiymətləndiricilər tərəfindən 1005 funksionallıq üzrə
müştəri təcrübələrinə əsaslanan açıq mənbələrdən toplanır. Bu
funksionallıqlar həmçinin, bankların rəqəmsal kanallarını, yəni
mobil bankçılığı, İnternet Bankçılığı da əhatə edir.
<!—->
<!––>
DBM-2024 araşdırması dünyanın 44 ölkəsindən 349 bankı əhatə
edib. Bu zaman 6 əsas istiqamət üzrə suallar cavablandırılıb. Bura
“Məlumatlılıq, “Hesab açmaq”, “Müştəriyə tanıtım”, “Gündəlik
bankçılıq”, “Bankdankənar xidmətlər”, “Hesabın bağlanması”
istiqamətləri daxildir.
Bu istiqamətlərin hər biri üzrə toplanmış ümumi ballara əsasən,
rəqəmsallaşma sahəsində lider bankların qlobal reytinqi hazırlanıb.
ABB də müxtəlif meyarlar üzrə ən yüksək balları toplayaraq ölkə
üzrə lider banklar qrupunda qərarlaşıb.
DBM-2024 hesabatı və araşdırmanın ümumi nəticələrini şərh edən
məqalə ilə
buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.