Bakı. Günaydın:
Avropa ən qısa zamanda yeni maliyyə böhranı ilə üzləşəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bunu Almaniyanın kansleri vəzifəsinə əsas namizədlərdən olan
Xristian Demokratlar İttifaqı və Xristian Sosialist İttifaqı
müxalifət blokunun lideri Fridrix Mertz ABŞ-nin “Politico” nəşrinə
verdiyi müsahibədə bildirib.
“Yeni maliyyə böhranı nəzərəçarpan şəkildə yaxınlaşır… Bu,
suveren borc böhranı olacaq. Biz hələlik onun nə vaxt baş
verəcəyini bilmirik”, – deyə o vurğulayıb.
<!—->
<!––>
Kanslerliyə namizəd qeyd etdiyi potensial maliyyə böhranını
aktivləşdirəcək “tətiklərin” hansı faktorlar olacağına aydınlıq
gətirməyib.
Bundan əvvəl Mertz Avropa İttifaqı rəsmilərinin Birləşmiş
Ştatlar hökuməti yanında tutduğu mövqeyi pisləyərək, liderləri
Vaşinqton önündə zəiflik göstərməməyə çağırmışdı. Mertzin bu
bəyanatı Donald Trampın polad və alüminiumun Amerikaya idxalına 25
faizlik gömrük rüsumu tətbiq etməsinin ardından gəlmişdi.