Bakı. Günaydın:
Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava
şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə
qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi,
havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10
dərəcə enəcəyi gözlənilir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında
0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək
dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron
yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0
dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək
olacağı proqnozlaşdırılır.
<!—->
<!––>
“Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan
başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu
qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı
gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan
22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar
yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur,
Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,
Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal
olunur.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi
yolların buz bağlayacağı ehtimalı var”, – deyə məlumatda qeyd
edilib.