Bakı. Günaydın:
Papa Fransisk tənəffüs yoluxucu infeksiyasının müalicəsini davam
etdirir və vəziyyəti stabildir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat
yayıb.
<!—->
<!––>
Məlumatda bildirilir ki, Roma Papası Fransiskin hərarəti yoxdur
və o, təyin olunan müalicəsini davam etdirir.
88 yaşlı pontifik fevralın 14-də davam edən bronxit diaqnozu ilə
xəstəxanaya yerləşdirilib. Son üç həftə ərzində Papa Fransisk
tənəffüs problemlərinə görə təkbaşına moizə və xitab oxumaqda
çətinlik çəkirdi.