Bakı. Günaydın:
“Xızı-Abşeron” külək elektrik stansiyası (KES) layihəsi Abşeron
və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata
keçirilir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Xızı–Abşeron 240 MVt-lıq külək elektrik
stansiyasına təşkil edilən mediatur zamanı məlumat verilib.
Bildirilib ki, 12 külək turbinindən ibarət hissə ümumi gücü 78
MVt olmaqla, Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan
162 MVt-lıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək:
<!—->
<!––>
“Abşeronda illik 300 milyon kilovatt-saatdan, Xızıda isə 600
milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı
proqnozlaşdırılır.
Külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin
sürətindən asılıdır. Tədqiqatlar göstərir ki, Abşeronda küləyin
orta illik sürəti saniyədə 9.35 metr, Xızıda isə 9.63 m/s təşkil
edir. Bu göstərici turbinlərin səmərəli fəaliyyəti üçün kifayət
qədər yüksəkdir və stansiyanın enerji istehsalında dayanıqlılığı
təmin edəcək”.