Bakı. Günaydın:
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı
yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən
məlumat-sürət tablolarında dəyişiklik edilib.
<!—->
<!––>
“Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş
edilir”, – məlumatda qeyd olunub.