Bakı. Günaydın:
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə
yüksələcək son dörd komandanın adına aydınlıq gətiriliəcək.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, pley-off mərhələsi çərçivəsundə “Borussiya Dortmund”
klubu “Sportinq”i Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
Digər görüşlər Bakı vaxtı ilə gecəyarısı keçiriləcək.
PSJ klubu “Brest”lə, “Real Madrid” klubu “Mançester Siti” ilə,
PSV isə “Yuventus” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, Liqa mərhələsindən sonra “Liverpul”, “Arsenal”,
“Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”,
“Atletiko Madrid” (hər ikisi İspaniya), “Bayer Leverkuzen”
(Almaniya) və “Lill” (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Dünən isə pley-off mərhələsindən sonra 1/8 finala “Feyenoord”
(Niderland), “Bavariya” (Almaniya), “Brügge” (Belçika) və “Benfika”
(Portuqaliya) klubları çıxıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
<!—->
<!––>
19 fevral
Saat 21:45, “Borussiya Dortmund” – “Sportinq”.
20 fevral
Saat 00:00, “Real Madrid” – “Mançester Siti”;
Saat 00:00, PSV – “Yuventus”;
Saat 00:00, PSJ – “Brest”.