Bakı. Günaydın:
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament
Assambleyasının 15-ci Plenar Sessiyasında çıxışı zamanı
Azərbaycanın COP29-a uğurla sədrliyi barədə də danışıb.
Trend
xəbər verir ki, onun sözlərinə görə, qlobal ictimaiyyətin yekdil
dəstəyi ilə Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi
seçilməsi, COP29 çərçivəsində Azərbaycanın rəhbərliyi ilə mühüm
qərarların qəbul edilməsi ölkəmizin çoxtərəfliliyə sarsılmaz
sadiqliyinin zirvəsi olmuşdur.
Spiker Sahibə Qafarova Milli Məclisin Parlamentlərarası İttifaq
ilə birlikdə COP29 çərçivəsində təşkil etdiyi və çoxtərəfli iqlim
fəaliyyətinə parlament töhfəsini verən Parlament Konfransı barədə
də məlumat verərək deyib ki, parlamentimizin çoxtərəfli əməkdaşlığa
fəal cəlb olunması da bu yanaşmanın davamıdır.