Bakı.Trend:
Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin
bağlanmasına böyük maraq göstərir.
Bunu Trend-ə Moldova
Respublikasının baş naziri Dorin Reçan Cənub Qaz Dəhlizinin
Müşavirə şurasının aprelin 4-də Bakıda keçirilməzi gözlənilən
iclası ilə bağlı özəl müsahibəsində bildirib.
O qeyd edib ki, son vaxtlara qədər Moldova Respublikası yeganə
qaz tədarükü mənbəyindən, daha dəqiq desək, “Qazpromla” müqavilədən
(“Moldovqaz” SC vasitəsilə) çox asılı vəziyyətdə olub.
“Ancaq Yassı-Ungeni-Kişinyov qaz kəmərinin inşasının başa
çatdırılması və bizim ENTSOG-a (European Network of Transmission
System Operators for Gas— Avropa qaz nəqli operatorlarının birliyi)
inteqrasiyamızdan sonra Moldova öz enerji müstəqilliyini bərpa edib
və yeni tədarük mənbələri və tranzit marşrutlarını tədqiq etməyə
davam edir”,- deyə Reçan bildirib.
Baş nazir qeyd edib ki, Cənub Qaz Dəhlizinin Müşavirə Şurasının
iclasında Moldovanın gündəmə gətirəcəyi əsas prioritetlər bunlar
olacaq:
– Enerji müstəqilliyi və Moldovanın dayanıqlığının artırılması
üçün tədarük marşrutları və mənbələrinin şaxələndirilməsi
– Enerji təhlükəsizliyi və dayanıqlılıq, ölkə vətəndaşlarının
fasiləsiz və əlçatan şəkildə enerji resursları ilə təmin
olunması
<!—->
<!––>
– Cənub Qaz Dəhlizi və Transbalkan Qaz Dəhlizi çərçivəsində
regional əməkdaşlığın gücləndirilməsi
“Bu gün Moldova daha enerji baxımından həsass və ya şantaja
məruz qalan bir dövlət deyil və biz bu stabilliyi qoruyub-saxlamaq
niyyətindəyik. Moldova bizim strateji enerji təhlükəsizliyimizə
uyğun gələn tədarüklər haqda uzunmüddətli tədarük haqqında
müqavilələrin və yeni enerji tərəfdaşlıqlarının müzakirəsinə
əvvəlki kimi açığıq. Moldova Respublikası ilə Avropa İttifaqı
arasında bağlanmış Niyyət məktubu çərçivəsində üzərimizə
götürdüyümüz öhdəliklər, bizim enerji resurslarının
şaxələndirilməsinə və regional əməkdaşlığa olan sadiqliyimizi
təsdiq edir.
Biz Cənub Qaz Dəhlizinin (CQD) və onun Avropanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsindəki rolunun
genişləndirilməsini qətiyyətli şəkildə dəstəkləyirik. Moldova
alternativ tədarük marşrutları ilə əlaqələrini genişləndirməklə, o
cümlədən CQD çərçivəsində həyata keçirilən tərəfdaşlıq yolu ilə öz
enerji müstəqilliyini möhkəmləndirməyə can atır”, – deyə Reçan
bildirib.
Baş nazirin sözlərinə görə, Moldova Mərkəzi və Cənub-Şərqi
Avropa Qaz Nəqli Şəbəkəsi Təşəbbüsündə (CESEC) iştirakı sayəsində
bu gün regional enerji təhlükəsizliyi arxitekturasının fəal
iştirakçısı və Cənub Qaz Dəhlizi ilə Trans-Balkan dəhlizinin əsas
tranzit ölkələrindən biri hesab olunur.
“Vətəndaşların fasiləsiz və etibarlı şəkildə qazla təmin
olunması üzrə strategiyamız çərçivəsində Azərbaycanla uzunmüddətli
qaz müqavilələrinin bağlanmasına böyük maraq göstərir. Biz
Moldovanın daha geniş enerji şaxələndirilməsi strategiyasına uyğun
olaraq, öz dövlət qaz təchizatı şirkətimiz olan SA Energocom
vasiəsilə sabit həcmlərin təmin olunması ilə bağlı imkanları
araşdırırıq. Moldova etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın
rolunu yüksək qiymətləndirir və bu sahədə ikitərəfli əməkdaşlığı
möhkəmləndirməyə ümid bəsləyir”, -deyə o bildirib.
X: @Lyaman_Zeyn