Bakı. Günaydın:
2024-cü ildə 1427 və ya 2023-cü illə müqayisədə 12,8 faiz az
yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər
çəkən şəxslərin sayı 12,4 faiz azalaraq 1952 nəfər olub.
Trend
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat
yayıb.
Bildirilib ki, onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb.
Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isə
toran vaxtı baş verib, 29,7 faizi həftənin şənbə və bazar günlərinə
təsadüf edib.
<!—->
<!––>
Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrində
baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə
nisbətən 12,1 faiz azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1
faiz azalaraq 1116 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 37,9 faizi bir neçə nəqliyyat
vasitəsinin, 41,1 faizi nəqliyyat vasitələrinin və piyadaların,
21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6 faizini,
yaralananların isə 71,3 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması
səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19
hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən
törədilib.