Bakış Trend:
Ötən il Bakıda sənayedə istehsal olunan malların və göstərilmiş
xidmətlərin həcmi 53,2 milyard manat təşkil edib.
Trend bu
barədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 2,9 milyard
manat, yaxud da 5,2% azdır. Belə ki, 2023-cü ildə Bakıda sənayedə
istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 56,1
milyard manat idi.
Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3
faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektorlarında istehsal olunub.
<!—->
<!––>
Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olub. İstehsalın
ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli
xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara
göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə
alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2025-ci il
vəziyyətinə 342,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan
və satış üçün nəzərdə tutulan 55,2 milyon manat məbləğində digər
məhsullar da mövcud olub.