Bakı. Günaydın:
Ötən ilin IV rübü üzrə Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında 1382 yeni iş yeri yaradılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, hesabat dövründə Qarabağda 1095, Şərqi Zəngəzurda
isə 287 yeni iş yerləri yaradılıb.
<!—->
<!––>
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox
iş yeri Xankəndinin (493), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə
Cəbrayılın (82) payına düşüb.
Ümumilikdə, 2024-cü ilin IV rübü ərzində Azərbaycanda 22 131
yeni iş yeri yaradılıb.
Qeyd edək ki, 2024-cü il üzrə Qarabağ iqtisadi rayonunda orta
aylıq nominal əməkhaqqı 644,8 manat, Şərqi Zəngəzur iqtisadi
rayonunda isə 711,9 manat təşkil edib.