Bakı. Günaydın:
2021-2023-cü illər üçün Azərbaycanda təhlükəsiz tullantıların
idarə olunması hesabına respublikanın 10 şəhər və rayonu üzrə
ümumilikdə 100,0 mln. manatdan çox potensial reallaşdırılmayıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Hesablama Palatasının apardığı audit
nəticəsində qeyd olunub.
Bildirilib ki, Bakı şəhəri üzrə müvafiq qurumların
zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş
müvafiq tullantı həcmlərinə görə “Təmiz Şəhər” ASC-yə auditlə əhatə
olunan dövrün sonuna 21,3 mln. manat kreditor borcları yaranıb,
maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri
hesabına maliyyələşdirilib.
<!—->
<!––>
Qeyd olunub ki, qüvvədə olan hüquqi aktlar bərk məişət
tullantılarının istehsalçılarına həmin tullantıların bir tərəfdən
yığılması, daşınması və zərərsizləşdirilməsinə görə, digər tərəfdən
yerləşdirilməsinə görə ikili tarifləşmənin (toplanılması yerli İH
orqanları və ETSN tərəfindən həyata keçirilməli olan icbari
ödənişlərin) tətbiqini nəzərdə tutub, tullantıların
istehsalçılarının üzərinə icbari ödənişlər qismində düşən maliyyə
yükü digər tullantılarla (tibbi, bioloji, sənaye, tikinti və s.)
müqayisədə adekvat yanaşmalarla tənzimlənməyib.
Eyni zamanda vurğulanıb ki, ETSN (tabeli qurumları) tərəfindən
toplanılmalı olan icbari ödənişlərin əhatə bazası
dəqiqləşdirilməyib (Bakı, Sumqayıt və Şirvan şəhərləri, Neftçala,
Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Xızı və
Abşeron rayonları üzrə ödənişlər ümumiyyətlə toplanılmamış),
qeyri-əhali istehlakçı qrupu üzrə tullantıların yerləşdirilməsinə
görə ödəniş normativlərinə uyğun daxilolmaların 2021-ci ildə 664195
sayda, 2022-ci ildə 709925 sayda, 2023-cü ildə 760489 sayda olan
aktiv vergi ödəyicilərindən yığılması təmin edilməyib.