Bakı. Günaydın:
Abşeron rayonu Ceyranbatan və ətraf qəsəbələrin ərazisində 8
avtomobildən akkumlyator, maqnitafon və digər dəyərli əşyaların
oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron RPİ-nin Saray
Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən 32 yaşlı Qüdrət Bayramov saxlanılıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, bölmə əməkdaşları tərəfindən həyata keçirilən
daha bir əməliyyat zamanı isə Saray qəsəbəsi ərazisində müxtəlif
ünvanlarda yerləşən 6 evdən oğurluq edən 26 yaşlı Sadiq Hadılı və
32 yaşlı Məhəmməd Sadıqlı da saxlanılıblar.
<!—->
<!––>
Qeyd edilib ki, saxlanılan şəxslər avtomobil və ev sahiblərinə
ümumilikdə 12 min manatdan artıq maddi ziyan vurublar.
Faktlarla bağlı araşdırma aparılır.