Bakı. Günaydın:
ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə
gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki,qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.
Bu səbəbdən qatarların qrafikində kənara çıxma halları müşahidə
oluna bilər.
ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi
texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi,
sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz
hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada
icra edilir.
<!—->
<!––>
Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda
fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.
Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən
intensiv şəkildə icra edilir.
Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları
və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə
etmələri xahiş olunur.