Bakı. Günaydın:
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.
Trend
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ərizə qəbulunun birinci mərhələsi 2025-ci il
fevralın 20-dən martın 5‑dək həyata keçirilir. Bu mərhələdə ali
təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün
abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı
olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının
ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra
(şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan
istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub,
“Abituriyentin
elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu
11 illik orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-dən martın
5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
<!—->
<!––>
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi
kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi
kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət
İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub,
“Abituriyentin
elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər
(etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə
olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla
həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə
məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması
təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda
göstərilir).
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə
buradan tanış ola bilərsiniz.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının
bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar
Yurdu, Bakı Avrasiya,Texniki, Memarlıq və İnşaat, Bakı Mühəndislik
Universitetlərində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan
Dövlət Aqrar Universitetində, Dövlət İmtahan Mərkəzinin regional
bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta
ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron
ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya
çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s.
məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz
əsaslarla fəaliyyət göstərən “Abituriyent
Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.