Bakı. Günaydın:
Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin
dil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama və
yazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan
ödənişsiz sınaq imtahanın təşkil edilməsi üçün hazırlıq işləri başa
çatıb.
Trend
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedən
onlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahana yazılmaq
istəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formada
sınaq imtahanında iştirak edə biləcəklər.
<!—->
<!––>
“Nəzərinizə çatdırırıq ki, imtahanda iştirak etmək üçün
qeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçmə
materiallarının təkmilləşdirilməsi, effektivliyinin artırılması
məqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. İstifadəçilərin
məxfiliyi tam şəkildə qorunacaq.
Bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədris
proqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsas
götürülən Ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common European
Framework of Reference for Languages (CEFR) əsaslanaraq Dövlət
İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin
təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin
əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və
Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru
Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.
CEFR-də olduğu kimi, Azərbaycan Dili Sertifikasiya İmtahan
modelində də 6 dil səviyyəsi – A1, A2, B1, B2, C1, C2
müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etmək
istəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarət
imtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər”,-
deyə məlumatda qeyd edilib.