Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Bakı tıxaclarına mikromobilliklə çözüm: kiçik vəsaitlə böyük dəyişikliklər
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > Cəmiyyət > Bakı tıxaclarına mikromobilliklə çözüm: kiçik vəsaitlə böyük dəyişikliklər
Cəmiyyət

Bakı tıxaclarına mikromobilliklə çözüm: kiçik vəsaitlə böyük dəyişikliklər

Son yenilənmə: 20 Fevral 2025, 17:12
20 Fevral 2025
Paylaş
9 oxunma dəqiqəsi
Bakı tıxaclarına mikromobilliklə çözüm: kiçik vəsaitlə böyük dəyişikliklər
Paylaş

Bakı. Günaydın:

Proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin üçdə ikisi
şəhərlərdə yaşayacaqdır. Belə olan halda isə, insanların şəhər
mühitində necə hərəkət etməsi məsələsi daha da aktuallaşır. İctimai
nəqliyyat hər gün çoxsayda insanın nəqliyyat tələbatını ödəsə də,
alternativlərin olmadığı şəhərlərdə insanlar əsasən şəxsi
avtomobillərə üz tutur ki, bu da yollarda sıxlıqların artmasına,
ekologiyanın daha çox çirklənməsinə, parklanma problemlərinin
yaranmasına gətirib çıxarır.

Lakin son illər dünya təcrübəsinə nəzər yetirsək, görərik ki,
artıq iri şəhərlərdə yeni çağırışlar müasir şəhər mühitinin daha
çox ictimai nəqliyyat və insan yönümlü olması, insanların şəxsi
nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan və ya
alternativ nəqliyyat növlərindən istifadəyə təşviq edilməsidir.
Bunun üçün isə ilk öncə aktiv şəhər mobilliyinin inkişaf
etdirilməsinə, ictimai nəqliyyat və piyada infrastrukturunun
təkmilləşdirilməsinə, velosiped və digər alternativ nəqliyyat
vasitələri üçün lazımi infrastrukturun qurulmasına ehtiyac
vardır.

Bütün bunlar nəzərə alınaraq, paytaxt Bakıda da mobilliyin
transformasiyası proqramı çərçivəsində mikromobillik
infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə işlər həyata
keçirilməyə başladı.

Belə ki, 2023-cü ilin ortalarından etibarən Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində mikromobillik
zolaqlarının salınması istiqamətində araşdırmalara başlanıldı.
Təhlillər nəticəsində bir “Konseptual Plan” hazırlandı ki, 3
mərhələdən ibarət olan sözügedən Plana əsasən şəhərin mərkəzi
hissəsini və mərkəz ətrafı əraziləri əhatə edən 100 km uzunluğunda
mikromobillik zolaqları şəbəkəsinin formalaşdırılması
hədəflənir.

Artıq keçən zaman ərzində Bakı şəhərində mikromobilliyin
artırılması, şəhər daxilində nəqliyyat sisteminin təhlükəsizliyinin
yüksəldilməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin
istifadəsinin artırılması və atmosferə atılan tullantıların
azaldılması məqsədilə həyata keçirilən mobillik proqramı artıq
müsbət nəticələr verməkdədir. Bu təşəbbüs, həm şəhər sakinləri üçün
rahat və əlverişli nəqliyyat şəraiti təmin edib, həm də ətraf
mühitin qorunmasına ciddi töhfə verib.

Mikromobillik şəhər daxilində qısa məsafələr üçün çevik və
sürətli nəqliyyat vasitələrinin istifadəsini əhatə edir. Bakı
şəhərində bu istiqamətdə ən çox istifadə edilən vasitələrdən biri
elektrikli skuterlər və velosipedlərdir. Şəhər üzrə velosiped
yollarının genişləndirilməsi, elektrikli skuterlərin kirayə
xidmətlərinin artırılması və müasir parklar yaradılması
mikromobilliyi daha cazibədar edib. Bu nəqliyyat vasitələri,
xüsusilə şəhərin sıx və tıxaclı ərazilərində, tıxacların
azaldılması və daha sürətli hərəkət etməyə imkan verib.
Mikromobilliyin təşviqi, həmçinin nəqliyyatın sosial inklüzivliyini
də artırıb, çünki insanlar bu vasitələrdən asanlıqla istifadə
edərək daha sərbəst və sərfəli şəkildə hərəkət edə bilirlər.

Hazırda birinci mərhələ və ikinci mərhələ üzrə 35 km uzunluğunda
mikromobillik zolaqları təşkil edilmişdir. Təhlükəsizliyin təmin
edilməsi məqsədilə Bakı şəhərində ilk dəfə olaraq nizamlanan yol
kəsişmələrində mövcud işıqfor dirəklərinin üzərinə 25 ədəd
velosiped bölmələri quraşdırılmışdır. Digər nəqliyyat vasitələrinin
mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və
mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək
məqsədilə “bufer zona”lara 2000-dən artıq təhlükəsizlik sədləri
yerləşdirilmişdir. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Növbəti addımlarda Planda əksini tapmış digər küçə və prospektlərdə
də mikromobillik zolaqlarının salınması və həmin zolaqların
bir-biri ilə əlaqələndirilmə prosesinin tamamlanması nəzərdə
tutulur.

Yaxın iki il ərzində ölkə ərazisində AYNA tərəfindən
böyük infrastruktur işləri görülüb.

Belə ki, Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik
zolağı təşkil edilib;
Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli
formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir;
Zolaqların 100 km-ə çatdırılması nəzərdə tutulur;
Xüsusi yol nişanları, zolaqlar arasındakı bufer zonalarda
təhlükəsizlik sədləri quraşdırılır;
Bakıda ilk dəfə işıqforlara mikromobillik istifadəçiləri üçün
bölmələr əlavə edilir;
Kiçik elektrik nəqliyyat vasitələri və velosipedlər üçün parklanma
yerləri təşkil edilir;
Parklarda, piyada zonalarında (Dənizkənarı Milli Park, metronun “28
May” stansiyasının qarşısındakı meydan və s. ) mikromobillik
vasitələrindən istifadə edilməsi üçün infrastruktur yaradılır.

Şəhər daxilində nəqliyyatın təhlükəsizliyini artırmaq da bu
proqramın mühüm məqsədlərindən biridir. Mikromobillik vasitələrinin
daha geniş istifadə edilməsi ilə əlaqədar olaraq, təhlükəsizlik
tədbirləri də gücləndirilib. Velosiped yollarının və skuter
istifadəçiləri üçün xüsusi zolaqların yaradılması, onların
avtomobillərdən ayrılaraq daha təhlükəsiz şəkildə hərəkət
etmələrini təmin edib. Eyni zamanda, şəhər daxilində yollarda daha
çox işıqlandırma və yol nişanlarının yerləşdirilməsi, həmçinin
sürət həddinin tənzimlənməsi ilə bu vasitələrin təhlükəsiz
istifadəsi üçün şərait yaradılıb. Bu tədbirlər, yol qəzası
risklərini azaldıb və insanlara daha təhlükəsiz nəqliyyat mühiti
təqdim edib. Digər nəqliyyat vasitələrinin mikromobillik
zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik
istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “bufer
zona”lara 2000-dən artıq təhlükəsizlik sədləri yerləşdirilmişdir.
Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Növbəti addımlarda
Planda əksini tapmış digər küçə və prospektlərdə də mikromobillik
zolaqlarının salınması və həmin zolaqların bir-biri ilə
əlaqələndirilmə prosesinin tamamlanması nəzərdə tutulur. Təbii ki,
mikromobillik istifadəçilərin hüquqları və vəzifələri də müvafiq
qanunlarla tənzimlənir.


<!—->
<!––>

Ötən il ilk dəfə olaraq, Bakı şəhərində “Bikesharing” dediyimiz
velosipedlərin kirayəsi xidməti fəaliyyətə başlamışdır. Bu sistemin
əsas üstünlüklərindən biri odur ki, insanlar velosipedləri kirayə
götürdükləri məntəqələrə deyil, səfər etdikləri əraziyə ən yaxın
məsafədə yerləşən parklanma məntəqələrinə təhvil verə bilirlər.
Hazırda Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 70 məntəqədə
velosiped konstruksiyaları quraşdırılmış, həmin parklanma
məntəqələrinə velosipedlərin kirayə qaydalarını özündə əks etdirən
məlumat lövhələri yerləşdirilmişdir. Yaxın günlərdə bu tip
parklanma məntəqələrinin sayı daha da artırılacaq.

Mikromobilliyin əhəmiyyətinə nəzər salsaq görərik
ki,

Bakı şəhərində operatorlar tərəfindən 4760 ədəd mikromobillik
vasitəsi icarəyə verilir;
Sentyabr-dekabr ayları ərzində operatorlar tərəfindən 850 944
sifariş qəbul olunub;
Mikromobillik vasitələri ilə 2.244.302 km məsafə qət edilib;
Qısa məsafələrdə alternativ nəqliyyat vasitəsidir;
Mikromobilllik şəbəkəsinin genişləndirilməsi ümumilikdə şəhərdə
vətəndaşların mobilliyini artırır;
Ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsir edir.

Mikromobillikdən istifadə mərkəzdə avtomobillərdən istifadəni və
sıxlığı azaldır. Mikromobillik vasitələri ilə qət edilmiş km-lər
əks halda avtomobillərlə ediləcəkdir. Əvvəlcədən infrastruktur
yaradılmadan mikromobilliyin inkişafı mümkün deyil. Bütün ölkələrdə
bu belə olub.

Zolaqlar çəkilərkən əksər hallarda mütləq avtomobil zolaqları
azaldılmayıb. Nümunələr: Parlament prospekti, Mikayıl Müşfiq
küçəsi, 28 May, Dilarə Əliyeva küçəsi və s.
Velosiped və skuterlərin vahidə düşən istifadəsi beynəlxalq
göstəricilərdən yüksəkdir. Belə ki, beynəlxalq göstəricilərə
əsasən, 1 velosiped gün ərzində 4-5 dəfə istifadə olunursa, Bakıda
bu say 12-dir. Bu da mikromobillik vasitələrinin artırılmasına
tələbatın olduğunu göstərir.

Yolların genişləndirilməsi ilə mərkəzdə sıxlığın azaldılması
mümkün deyil. Bu, yalnız mərkəzdə avtomobillərin istifadəsinin
azaldılması, əvəzində ictimai nəqliyyatın (metro, avtobus) inkişaf
etdirilməsi, onlara üstünlük verilməsi və alternativ mobillik
imkanları ilə mümkündür: mikromobillik və piyada səfərlərinə imkan
yaradılması.

AYNA tərəfindən təşkil edilmiş mikromobillik zolaqları “Pop up”
tipli mikromobillik zolaqları adlandırılır ki, burda söhbət mövcud
zolaqların ölçülərinin standartlara uyğunlaşdırılaraq, yolun
kənarında ayrılmış mikromobillik zolaqlarının təşkilindən gedir. Bu
təcrübə, İspaniyanın Barselona, Portuqaliyanın Braqa, ABŞ-ın Nyu –
York, Mayami kimi bir çox şəhərlərdə mövcuddur. Bakı şəhərində
mikromobillik zolaqları təşkil edilmiş əksər küçə və prospektlərdə
mikromobillik zolaqları digər zolaq sayları sabit saxlanılmaqla
təşkil edilib.

Bakı şəhərində mikromobillik və ekoloji təmiz nəqliyyat
vasitələrinin istifadəsinin artması atmosferə atılan tullantıların
azalmasına səbəb olub. Avtomobillərin sayının azaldılması və daha
ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi ilə
şəhərin havasında daha az karbon dioksid və digər zərərli qazlar
mövcud olur. Elektrikli və hibrid nəqliyyat vasitələrinin artan
istifadəsi, həmçinin səs-küyün və hava çirkliliyinin azalmasına da
gətirib çıxarıb. Bu, şəhər sakinlərinin sağlamlığını qoruyur.

Mikromobilliyin və ekoloji təmiz nəqliyyat sistemlərinin
inkişafı, yalnız ətraf mühitə deyil, həm də sosial və iqtisadi
sahəyə müsbət təsir göstərib. Elektrikli skuterlər və velosipedlər
daha əlverişli nəqliyyat vasitələri kimi şəhər sakinlərinə gündəlik
hərəkətlərində asanlıq və rahatlıq gətirib. Bununla yanaşı, bu
nəqliyyat vasitələrinin istifadəsi iqtisadi baxımdan da sərfəlidir,
çünki onlar az enerji sərf edir və digər nəqliyyat növlərinə
nisbətən daha ucuzdur. Şəhərdə iş yerləri yaradan yeni
mikromobillik xidmətləri (velosiped kirayəsi, skuter kirayəsi və
s.) də iqtisadi fayda təmin edib.

Nəticə olaraq, Bakı şəhərində mikromobilliyin artırılması,
təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin
inkişafı ilə bağlı proqramın icrası artıq müsbət nəticələr verib.
Artıq paytaxt sakinləri velosiped və skuterlərdən daha tez-tez
istifadə etməyə başlayıb. Bu say getdikcə artmaqdadır. Proqramın
davamı olaraq, mikromobillik sistemlərinin genişləndirilməsi və
təkmilləşdirilməsi ilə şəhər daxilində nəqliyyatın daha səmərəli və
insanyönümlü olması təmin ediləcəkdir.

Bunları bəyənə bilərsiniz

Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq

Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək

Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər – Vüqar Rəhimzadə

Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunacaq

Məhkum qadınlar bayramı övladları ilə qeyd etdilər

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsi istiqamətində mühüm addımlar atılır – Deputat 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsi istiqamətində mühüm addımlar atılır – Deputat
Sonrakı Xəbər "BBC News" Azərbaycandakı ofisini bağladı “BBC News” Azərbaycandakı ofisini bağladı
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?