Bakı.Trend:
“Google” şirkəti İtaliyada ona qarşı vergidən yayınma işi üzrə
məhkəmə mübahisəsinin sülh yolu ilə həlli üçün İtaliya hökumətinə
326 milyon avro ödəməyə razılaşıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Google”ın bu addımından sonra Milan prokurorluğu
ona qarşı açılmış cinayət işinə xitam verməyə hazırlaşır.
<!—->
<!––>
Qeyd edək ki, Milan şəhər prokurorluğu 2015-2019-cu illərdə
“Google” şirkətininin əldə etdiyi qazanclara görə İtaliyanın vergi
orqanlarına ödəniş etməməsi ilə bağlı istintaq açmışdı. İstintaq
sənədində şirkətin serverlərinin və başqa infrastrukturunun
İtaliyada yerləşməsi əsas gətirilib və diqqət şirkətin reklam
satışlarından əldə etdiyi gəlirlərə yönəldilib.
Xatırladaq ki, bundan əvvəl “Google” şirkəti Fransa hökuməti ilə
oxşar məhkəmə mübahisəsinə görə Parisə 1 milyard dollar
ödəmişdi.