Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: İtaliya-Azərbaycan Universiteti çərçivəsində Heyvandarlıq üzrə yeni ixtisas təqdim edilib (FOTO)
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > Cəmiyyət > İtaliya-Azərbaycan Universiteti çərçivəsində Heyvandarlıq üzrə yeni ixtisas təqdim edilib (FOTO)
Cəmiyyət

İtaliya-Azərbaycan Universiteti çərçivəsində Heyvandarlıq üzrə yeni ixtisas təqdim edilib (FOTO)

Son yenilənmə: 20 Fevral 2025, 16:56
20 Fevral 2025
Paylaş
3 oxunma dəqiqəsi
İtaliya-Azərbaycan Universiteti çərçivəsində Heyvandarlıq üzrə yeni ixtisas təqdim edilib (FOTO)
Paylaş

Bakı. Günaydın:

ADA Universiteti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü
çərçivəsində Heyvandarlıq üzrə ilk bakalavr proqramını təqdim
edib.

Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu münasibətlə fevralın 20-si İtaliyanın aparıcı aqrar
şirkətlərinin nümayəndələrinin, bu sahədəki yerli və xarici
ekspertlərin, professor-müəllim heyətinin və tələbələrin iştirakı
ilə təqdimat keçirilib.

Tədbirdə çıxış edən ADA Universitetinin Prorektoru Elkin
Nurməmmədov bildirib ki, kənd təsərrüfatının əsas sektorlarından
biri olan Heyvandarlığın inkişafı bir neçə səbəbdən vacibdir. Həmin
səbəblər sırasında heyvandarlığın qida təhlükəsizliyinə,
regionların sosial-iqtisadi artımına və ölkəmizin qeyri-neft
sektorunun inkişafına təsirini qeyd etmək olar. Əlavə edib ki,
Azərbaycanın kənd təsərrüfatı strategiyası aqrar sahədə elmi
yanaşmaların və innovasiyaların tətbiqini nəzərdə tutduğundan, ADA
Universiteti bu işə fayda verə biləcək yerli kadrlar yetişdirməyi
öz məqsədlərindən biri kimi müəyyənləşdirib.

“Bu proqramın mühüm xüsusiyyətlərindən biri, tələbələrin təhsil
prosesinin bir hissəsini ADA Universitetinin Gəncə kampusunda davam
etdirmələri olacaq. Burada onlar öz sahələri üzrə praktiki
biliklərini inkişaf etdirəcək və özəl şirkətlərlə əməkdaşlıq
çərçivəsində sahə təcrübəsi və təqaüd imkanları əldə edəcəklər.

Kənd təsərrüfatı və qida elmləri fakültəsinin bakalavr
ixtisaslarına xüsusilə Bakıdan kənardakı tələbələrin də cəlb
edilməsi məqsədilə ADA Universiteti özəl sektorla birlikdə təqaüd
proqramları üzərində çalışır”, – deyə Prorektor Elkin Nurməmmədov
əlavə edib.


<!—->
<!––>

Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin dekanı Mateo
Vittuari vurğulayıb:

“İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində italyan
universitetləri və şirkətləri ADA Universiteti ilə əməkdaşlıq edir.
Xüsusilə Bolonya Universiteti ən son heyvandarlıq texnologiyalarını
və bu sənayedəki aparıcı şirkətlərin təcrübələrini azərbaycanlı
gənclərlə bölüşür. Bu səbəbdən də Heyvandarlıq üzrə bakalavr
proqramı beynəlxalq standartlara əsaslanaraq, regionların
inkişafına fayda verəcək mütəxəssislər yetişdirəcək, onlara ən
yaxşı təcrübəni qazandıracaq.”

Təqdimat “Təhsil vasitəsilə Heyvandarlıq sahəsində yeni iş
imkanlarının təqdim edilməsi” mövzusundakı panel müzakirələrlə
davam edib. Paneldə Azərbaycanı və İtaliyanı təmsil edən müvafiq
sahənin aparıcı ekspertləri, şirkət rəhbərləri və tədqiqatçılar
universitet-sənaye əməkdaşlığı, kənd təsərrüfatı sektorunda
məşğulluq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün
beynəlxalq tərəfdaşlıqların rolu kimi mövzuları müzakirə
ediblər.

Tədbir iştirakçıları italyan mütəxəssislərlə görüşmək, aqrar
biznes, praktikanın məhsuldarlığa təsiri və digər mövzular barədə
söhbət aparmaq imkanı əldə ediblər. Həmçinin ADA Universitetinin
nümayəndələri iştirakçılara proqramın əsas komponentləri, tədris
metodu, təqaüd imkanları və gələcək karyera fürsətləri bardədə
ətraflı məlumat veriblər.

Xatırladaq ki, 2024-cü ildə ADA Universiteti İtaliya-Azərbaycan
Universiteti layihəsi çərçivəsində Bolonya Universiteti ilə birgə
təqdim etdiyi Qida elmləri və Kənd təsərrüfatı fakültəsinə Kənd
təsərrüfatı Texnologiyaları, Qida texnologiyaları və Menecment
(Kənd təsərrüfatı və Qida sənayesi) üzrə 110 tələbə qəbul edib.

Bunları bəyənə bilərsiniz

Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq

Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək

Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər – Vüqar Rəhimzadə

Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunacaq

Məhkum qadınlar bayramı övladları ilə qeyd etdilər

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Paytaxtın bir sıra yollarında tıxac var - SİYAHI (FOTO) Paytaxtın bir sıra yollarında tıxac var – SİYAHI (FOTO)
Sonrakı Xəbər Abşeronda bir gecədə 8 avtomobil və 6 evdən oğurluq edilib (VİDEO) Abşeronda bir gecədə 8 avtomobil və 6 evdən oğurluq edilib (VİDEO)
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?