Bakı. Günaydın:
Aviasiya haqqında Qanununun icrası ilə əlaqədar bəzi
qərarlarında dəyişiklik edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bununla
bağlı Nazirlər Kabineti qərar verib.
Dəyişikliyə əsasən, məcburi qaydada yerə enmək barədə xüsusi
tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri
olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya
özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə
veriləcək.
<!—->
<!––>
Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.
Bundan əvvəl qüvvədə olan Qayda da isə, mülki hava gəmilərinə
qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və
hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə
verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.