Bakı.Trend:
“xAI” şirkəti İlon Maskın dünyanın ən ağıllı süni intellekti
adlandırdığı “Grok 3” süni intellekt modelini pulsuz olaraq
istifadəçilərin sərəncamına verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə “xAİ”nin “X” platformasındakı rəsmi səhifəsində
deyilir.
“Bu da belə: dünyanın ən ağıllı süni intellekti olan “Grok 3”dən
pulsuz istifadə etmək olacaq (bizim serverlər əriyənə kimi)”, –
deyə İlon Maskın təsisatçısı olduğu “xAİ” şirkətinin bəyanatında
deyilir.
<!—->
<!––>
“Grok 3” süni intellektinin beta versiyasının artıq “X” sosial
şəbəkəsinin tətbiq variantında, həmçinin, “Grok” saytında əlçatan
olduğu deyilir.
“Grok 3”ün pulsuz versiyasını istifadə edən istifadəçilər daha
dərin axtarışlar və təfsilatlı, əsaslandırılmış cavablar üçün
“DeepSearch” funksiyasından, o cümlədən, riyaziyyat, elm və
proqramlaşdırma sahələrində ən mürəkkəb tapşırıqların yerinə
yetirilməsi üçün “Think” funksiyasından yararlana biləcəklər.