Bakı. Günaydın:
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş festival
qadınların dayanıqlı sahibkarlıq fəaliyyətlərini dəstəkləmək və
onların iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaq
məqsədilə keçmiş illərdə böyük uğur qazanan festival bu dəfə
50 yaşa qədər olan həssas qruplardan 60 qadın sahibkarı (15-i
regionlardan olmaqla) dəstəkləyəcək.
Festival öncəsi həssas qrupdan olan qadın sahibkarların bilik
və bacarıqlarını artırmaq üçün brendinq, sosial media
strategiyası, rəqəmsal marketinq, satış texnikaları və digər
biznes yönümlü mövzularda təlimlər təşkil olunub. Həmçinin,
onların bizneslərini inkişaf etdirmək və satış strategiyalarını
təkmilləşdirmək üçün onlayn mentorluq dəstəyi göstərilib.
Festivalın əsas məqsədi həssas qrup qadın sahibkarların
fəaliyyətlərini gücləndirmək, dayanıqlı biznes modellərinin
inkişafına töhfə vermək və ekoloji həssaslıqla istehsal edilən
məhsulları təşviq etməkdir.
Festivalda niyə iştirak etməlisiniz?
● Müxtəlif bölgələrdən qadın sahibkarlar öz brendlərini və
məhsullarını təqdim edəcək
● Uğurlu qadınlar ilhamverici çıxışlar edəcək
● Canlı musiqi və rəqs performansları həyata keçiriləcək
<!—->
<!––>
● Həvəskar və professional sənətkarların rəsm sərgisi, incəsənət
guşələri və müxtəlif masterklasslar baş tutacaq
● Foto köşkü və xatirə divarı təşkil olunacaq.
Festival tarixi və məkanı: Tarix: 1 mart, saat
14:00 – 19:00
2 mart, saat 12:00-19:00
Məkan: Passage 1901 (Nigar Rəfibəyli 12/14, Baku,
Azerbaijan) Instagram
Bu festival sadəcə bir yarmarka deyil, həm də qadın
sahibkarların güclənməsinə və yeni imkanlar qazanmasına dəstək
olmaq üçün unikal bir fürsətdir. Festival zamanı alıcılar
toxuculuq, dekorasiya, aksesuar, şam, sabun, qida məhsulları və
daha çoxu ilə tanış olub, almaq şansı əldə edəcəklər. Həm
keyfiyyətli və ekoloji məhsulları kəşf etmək, həm də yerli qadın
sahibkarları dəstəkləmək üçün bu iki günü qaçırmayın. Sizi
“Woman Bazaar”da gözləyirik – alış-veriş edin, ilham alın və bu
dəyişikliyin bir parçası olun. Hədiyyən dəstəyin olsun!
QEYD: Festivalda iştirak ödənişsizdir.
Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM
strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və
onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki,
bura AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir.
Qeyd edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə
milli yığma komandasını da dəstəkləmişdi.