Bakı. Günaydın:
Bərdədə qəza zamanı sürücü öldü sərnişinlər ağır xəsarət alıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Lada priora markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu həyatın itirib. Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
<!—-> <!––>
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.