Bakı. Günaydın:
Bakıda bir sıra yollarda endirilən sürət həddi bərpa edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
<!—-> <!––>
“Qarlı və küləkli hava şəraiti səbəbindən Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – qurumdan bildirilib.