Bakı. Günaydın:
Bakıda şərab evindən oğurluq edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
<!—-> <!––>
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.