Bakı. Günaydın:
Çin Ukrayna böhranı ilə bağlı sülh danışıqlarının tərəfdarıdır, lakin məsləhətləşmələr uzun çəkə bilər.
Trend-in məlumatına görə, bu barədə “Global Times” qəzeti Çin ekpertlərinə istinadən bildirib.
“Çin sülh danışıqları və atəşkəsdən razı qalacaq, o, bundan sonra hər iki [Rusiya və Ukrayna] tərəfində itki görmək istəmir”, – deyə nəşr Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun analitiki Çjan Hunun sözlərini sitat gətirib.
<!—-> <!––>
Onun sözlərinə görə, Pekin Ukrayna münaqişəsinin bütün iştirakçılarının mövqelərini nəzərə alır. O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna böhranı ilə bağlı siyasətində əhəmiyyətli düzəlişlər edib.
Çjan Hun hesab edir ki, ABŞ administrasiyası “görünür, [Ukrayna] münaqişəsinin nizamlanmasına çalışır”. O, bu prosesin “bəzi mənfi təsirlərlə” müşayiət olunacağını istisna etməyib.