Bakı. Günaydın:
RİKEN Elmi-Tədqiqat İnstitutunun tədqiqatçıları əzələ toxumalarının formalaşmasında kalsiumun həlledici rol oynadığını və hüceyrələrin əzələ liflərinə çevrilməsinə kömək etdiyini müəyyən ediblər.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu haqda elmi araşdırmanın nəticələri “Journal of Biological Chemistry” (JBC) nəşrində dərc olunub.
<!—-> <!––>
Buna qədər kalsium səviyyəsinin düşməsi ilə hüceyrələrdə stres yaşandığını və bunun gözləntilərin əksinə, əzələ kütləsinin inkişafına yol açdığı məlum idi. Lakin yeni tədqiqat onu göstərir ki, kalsium həm də genlərin işini tənzimləyən xüsusi zülalın parçalanması prosesini işə salır; bu isə öz növbəsində əzələ toxumalarının artımı və formalaşmasına vəsilə olur.
Bu prosesdə əsas rolu “kalpain 5” fermenti oynayır. O, əzələlərin erkən inkişaf mərhələlərində aktivləşir və bir çox genlərin işini idarə edən zülalları parçalayır. “Kalpain 5” səviyyəsi düşəndə, əzələlər pozuntulu şəkildə inkişaf edir: zəruri zülallar daha az ərsəyə gəlir, liflərin strukturu isə qüsurlu olur.