Bakı. Günaydın:
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
<!—-> <!––>
Sənədə əsasən, Ramin Abasət oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsindən azad edilib.