Bakı. Günaydın:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanaraq götürülüb.
Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
<!—-> <!––>
Bildirilib ki, bu istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Fevralın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 3 qumbara, 15 tüfəng, 4 patron darağı və 72 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər”, – məlumatda qeyd edilib.