Bakı. Günaydın:
21.02.2025-ci il tarixində saat 23:30 radələrində zəhərlənmə şübhəsilə 5 nəfər (2-i kişi, 3-ü qadın cinsli olmaqla) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
<!—-> <!––>
Bildirilib ki, onlara qazların, tüstülərin və buxarların toksik təsiri diaqnozu təyin edilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.