Bakı.Trend:
Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən makulatura anbarında güclü yanğın olub.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Alov sürətlə yayıldığından, 1,8 min kvadrat metr sahəni əhatə edib. Yanğınsöndürmə işləri aparılan zaman dam örtüyünün bir hissəsi çöküb. Hadisə yerindən çəkilmiş həvəskar görüntülərdə səmanı qatı qara tüstü bürüdüyünü görmək olur.
<!—-> <!––>
Hadisə yerinə 13 yanğınsöndürmə texnikası və Fövqəladə Hallar Nazirliyinin 45 xilasedicisi səfərbər olunub. İlkin məlumata görə, yanğında xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbi araşdırılır.