Bakı. Günaydın:
ABŞ-nin Pensilvaniya ştatında silahlı şəxsin xəstəxanada insanları girov götürməsi və polis qüvvələri ilə atışma nəticəsində bir polis əməkdaşı həlak olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, silahlı şəxs York şəhərindəki Memorial xəstəxanasının reanimasiya şöbəsinə daxil olaraq oradakı insanları girov götürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra atışma baş verib. Nəticədə hücum edən şəxs və bir polis məmuru ölüb.
<!—-> <!––>
Atışma zamanı bir tibb bacısı, həkim, mühafizəçi və iki polis yaralanıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və hücumçunun kimliyini müəyyən edib. Bildirilir ki, həmin şəxs əvvəllər də xəstəxanaya baş çəkib və hücum zamanı tibb işçilərini hədəf alıb.