Bakı. Günaydın:
Vaşinqton administrasiyası Meksikadan Çindən gətirilən mallara idxal rüsumlarının tətbiqini tələb edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin ticarət naziri Hovard Lutnik bu təklifi fevralın 20-də Vaşinqtonda Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla görüşü zamanı irəli sürüb.
<!—-> <!––>
Görüşdən sonra Ebrard məsələ ilə bağlı konstruktiv dialoqun başlandığını bildirib.
Qeyd edək ki, fevralın 1-də Donald Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən sərəncam imzalayıb.