Bakı. Günaydın:
Bu gün keçirilən növbədənkənar Bundestaq (Almaniya parlamenti) seçkilərində Xristian Demokrat və Xristian Sosial İttifaqları (XDİ/XSİ) bloku 29 faizə yaxın səslə qalib gəlir.
Trend-in məlumatına görə, bu barədə “ARD” telekanalının şifarişi ilə keçirilən seçki məntəqələri bağlandıqdan sonra dərc olunan “exit-poll”un məlumatında deyilib.
<!—-> <!––>
Tarixində ilk dəfə ikinci yeri 2021-ci il seçkiləri ilə müqayisədə səs payını təxminən iki dəfə artıran və 19,5 faiz toplayan “Almaniya üçün Alternativ” partiyası tutub.
Kansler Olaf Şolsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası üçüncü yerdə qərarlaşıb. Onu seçicilərin təxminən 16 faiz dəstəkləyib. Bu, Sosial Demokratlar üçün partiyanın tarixində ən pis nəticədir.