Bakı. Günaydın:
Bərdədə 15 nəfər dəm qazından zəhərlənib.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Həsənqaya kəndində baş verib.
Kənddə keçirilən yas mərasimində iştirak edən şəxslərin 15 nəfərindən halsızlıq və kuçma diaqnozu ilə bir qismi şəxsi avtomobil ilə digərləri təcili yardım avtomobili ilə Bərdə Diaqnostika mərkəzinə çatdırılıb.
<!—-> <!––>
Xəstəxanadan Trend-ə verilən məlumata görə, zəhərlənmə diqanozu ilə xəstəxanaya daxil olan 15 nəfərdən bir nəfəri Hüseynova Əsmər Əfqan qızının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəstələrə lazimi ilkin köməklik göstərilib vəzyətləri stabilləşib həyatı təhlükəsi yoxdur.
Faktla bağlı araşdırma aparılır.