Bakı. Günaydın:
Çöldə soyuq və qar yağadığı zaman dostlarınız və sevdiklərinizlə şam yeməyində olmaqdan gözəl nə ola bilər? “Soul Kitchen”in 10 illik yubileyinə həsr olunmuş bayram axşamı restoranın çoxsaylı qonaqlarının ürəyini isitdi.
“Soul Kitchen”ə qədəm qoyduqda, zamanın yavaş və zövqlə keçdiyi bir yerdə olduğunuzu hiss edirsiniz. Canlı bitkilər, şəhərin səs-küyünün ortasında yaşıl oazis illüziyası yaradır və yumşaq işıq məkanı hərarətlə doldurur. Eyni zamanda, interyerin hər bir detalı rahatlıq hissini ifadə edir və onun əhatəsində dadlı və gözəl yeməklərdən, ləzzətli içkilərdən, həm Avropa, həm də Azərbaycan mətbəxindən həzz ala bilərsiniz. Kulinariya ustalığı, emosiyalar, əhval-ruhiyyə ətrafdakı musiqi ilə birləşdikdə “Soul Kitchen” ifadəsi tamamilə anlaşılır. Gözəl, rahat atmosfer, əla musiqi və gülərüz xidmət personalı, restoranın cəlbediciliyini təbii ki, artırır. “Soul Kitchen”, köhnə univermaqın ikinci mərtəbəsində yerləşir – restoranın fərqləndirici xüsusiyyəti həm də köhnə univermağın damında yerləşən geniş yay terasıdır.
<!—-> <!––>
Bayram axşamında çıxış edən “Soul Kitchen”in direktoru Ramin Xudaverdiyev qonaqları səmimiyyətlə salamlayaraq qeyd etdi ki, bu illər ərzində restoran ən yaxşı kulinariya ənənələrini və gözəl ailə ab-havasını özündə birləşdirib. Burada hər bir ziyarətçi əsl dost kimidir.
Bayram axşamında Mr. Waffles öz vaflilərini təqdim etdi, onun haqqında maraqlı məlumatlar verdi, lakin hazırlanma sirrini bölüşmədi. Konsert proqramında İmran, Elşad Xose, Nərmin Kərimbeyova, DJ Amalalili, Ceyhun Qala və Samir “Bormutski” çıxış ediblər. Qonaqlar arasında olan media nümayəndələri, bloqqerlər və gənclər əla vaxt keçiriblər.