Bakı. Günaydın:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
<!—-> <!––>
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 7. Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.