Bakı. Günaydın:
Bu gün Misli Premyer Liqasında XXIV turun bir oyunu keçirilib.
Trend-in məlumatına görə, “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edib. Qarşılaşmada yeganə qol 30-cu dəqiqədə vurulub və “Turan Tovuz” səfərdə 1:0 hesabı ilə qalib gəlib.
<!—-> <!––>
Günün ikinci oyunu isə baş tutmayıb. Qar yağması və meydanın yararsız olması səbəbindən “Zirə” – “Kəpəz” matçı təxirə salınıb. PFL-in yaydığı açıqlamaya görə, “Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində oyun üçün hazır vəziyyətə gətirilsə də, oyundan əvvəl qar yağışı şiddətini artırıb və minimal imkanlar belə əlçatmaz olub. Matçın baş hakimi Rauf Cabbarov meydanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib. Qarşılaşmanın yeni tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0 heç-heçə edib, “Qarabağ” isə “Sabah”la 1:1 hesablı bərabərlik nəticəsini əldə edib.