Bakı. Günaydın:
Kriptovalyuta birjası Bybit kibertəhlükəsizlik mütəxəssislərini
hakerlərin izinə düşməyə çağırıb və onların tutulmasına kömək
edənlərə 140 milyon dollara qədər mükafat vəd edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə birjanın rəsmi saytında məlumat yayılıb.
<!—->
<!––>
Bybit rəhbərliyi geri qaytarılan məbləğin 10%-ni mükafat kimi
ödəməyə hazır olduğunu bildirib. Əgər kimsə oğurlanmış vəsaitlərin
hamısını geri qaytara bilsə, 140 milyon dollara sahib ola
bilər.
Fevralın 21-də Bybit platforması 1,45 milyard dollarlıq
kiberhücum və oğurluq barədə məlumat verib. Bu, tarixdəki ən böyük
kiberhücumlardan biri hesab olunur və oğurlanan vəsaitlərin həcmi
Ethereum (ETH) kriptovalyutasının ümumi dəyərinin 50%-ni ötüb.