Bakı. Günaydın:
İsrail ordusu Suriyanın Colan təpələri və ona bitişik bufer zonasında mövcudluğunu “qeyri-müəyyən müddətə” saxlayacaq.
Trend-in məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu zabit kurslarının məzunları qarşısında çıxışı zamanı deyib.
<!—-> <!––>
“Suriyada İsrail Müdafiə Ordusunun qüvvələri yaşayış məntəqələrimizi qorumaq və mümkün təhlükələrin qarşısını almaq üçün Hermon dağında və bufer zonasında qeyri-müəyyən müddətə qalacaq”, – deyə o bildirib.